İcarəyə obyekt – Yasamal r., İnşaatçılar m. (45 kv.m + Terras imkanı)
Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə küçəsində, İnşaatçılar metrosuna piyada cəmi 400 metr məsafədə yerləşən qeyri-yaşayış sahəsi icarəyə verilir. Obyekt 1-ci mərtəbədə (zirzəmi deyil) və birbaşa yol kənarında yerləşir.
Ümumi məlumat və Şərtlər:
* Sahəsi: 45 kv.m (daxilində sanuzel var).
* Əlavə olaraq obyektin qarşısında 100 kv.m terras imkanı var.
* Obyekt tam təmirlidir. Qeyri-yaşayış çıxarışlıdır (Kupçası var).
* Obyekt noyabrın 1-i boşalır və ƏŞYASIZ TƏHVİL VERİLİR. (Lakin obyekti hazır biznes kimi davam etdirmək istəyənlər üçün, daxilindəki əşyaları hazırkı icarəçidən münasib qiymətə almaq imkanı da var).
Texniki və Yerləşmə üstünlükləri:
* Yüksək insan axını olan ərazi.
* 167 nömrəli məktəblə üz-üzə, arxasında isə uşaq bağçası yerləşir.
* Ətrafında sıx məskunlaşılmış yeni yaşayış binaları və ticarət obyektləri var.
* Havalandırma sistemi, su xətti və 3 fazalı elektrik sistemi mövcuddur (qaz çəkilməyib).
Hansı fəaliyyətlər üçün uyğundur?
Daha öncə şirniyyat evi, məktəb-ofis ləvazimatları mağazası kimi fəaliyyət göstərib. Kafe, şirniyyat evi, fast-food, coffee-shop, aptek, gözəllik salonu və digər iaşə və ya xidmət obyektləri üçün uyğundur.
Obyektin tam ünvanı xəritədə dəqiq qeyd olunub. Ətraflı məlumat və baxış üçün əlaqə saxlayın.